top of page

#ANTISHOPPING SİYAHISI: ZARA PAYIZ 2017

  • Navi
  • Sep 22, 2017
  • 3 min read

Bizim bir vərdişimiz var: heçnə almasaq belə və ya vaxt öldürmək üçün ticarət mərkəzlərinə girib mağazalara baxmaq :D Bunlardan biri mütləq Zaradır. Sirr deyil ki, Zara fast-fashion markaları arasında öndə gedir və trendlərə çox tez reaksiya verir. Zaranın yeni dizaynından tutmuş onların istehsalı və mağazalarına satışa qoyması 2 həftə çəkir. Məhz buna görə mağazaya girib ilkin növbədə özümüzü itiririk. Və nəticədə özümüzə yaraşmayan geyim alıb çıxırıq. Əlbəttə ki, burda ən vacib məqam öz bədənimizi tanımamaqdır.

Amma digər bir problem trend və ya marketinq qurbanı olmaqdır. Bu cür mağazalarda onu yadda saxlamaq lazımdır ki:

- geyim modelin əyninəki kimi olmaya bilər

- geyim sizə yaraşmaya bilər

- geyimi sırf endirimdə olduğna görə almayın.

Mən biraz Zara online mağazasında dolaşdım və sizlərə qəti şəkildə almamağı məsləhət görəcəyim geyimlər və aksessuarlar topladım. Əlbəttə ki, bu mənim şəxsi fikrimdir amma azdan çoxdan bilirəm nə ucuz görünür və nəyi almaq lazım deyil. Beləliklə, anti-shopping siyahısına başlayaq.

ANLAŞILMAYAN PRİNTLƏR.

Razılaşın ki, uğursuz print bütünlükdə görünüşü pozur. Bu naxışlı şalvar və bordo rəngli köynək uğursuz printin nümunələridir. Aşağıda olan güllü don isə "Qonşuxala"nın tərzində olan dondur. Buna ruslar "бабий стиль" deyirlər. Eləcə də, elektro göy rəngli tikmə naxışlı köynək sizin yaşınızın üstünə 30 gəlir.
































YAXASIZ YUMRUBOĞAZ PENCƏKLƏR

Bu həqiqi "Qonşuxala" tərzidir. Yumru boğaz pencəklər nəyin ki qeyri-estetik, hətta sizi çox yaşlı göstərəcək. Bu cür pencəkləri yaşlı xanımlara da tövsiyyə etməzdim. Qolları enli olan, qısa olan, paltoları sizi olduğca dolu göstərəcək. Chanel-in tvid pencəkləri isə başqa mövzudur, onları da ehtiyyatla geyinmək lazımdır. Ən yaxşısı klassik pencək yaxası, üçbucaq yaxa və mandarin (stoyka) yaxa pencəklər.

GÖZÜ VURUB ÇIXARDAN AYAQQABILAR

Bu sezonun fışqıran trendlərindən biri də statement ayaqqabılardır. Yəni, ayaqqabılarınız göz qamaşdırmalıdır və gözə çarpmalıdır. Lakin bunu etdikdə absurd görünməməyi də nəzərə alın. Yaşıl rəng bu il dəbdədir lakin onun da tonları var. Bu il dəbdə olsa da gələn il siz artıq onu geyinə bilməyəcəksiniz. Aşağıda göstərdiyim yaşıl ayaqqabı həm ucuz görünür həm də tez keçib gedən trenddir ona görə rahatlıqla bunlardan yan keçə bilərsiniz. 2 trendi, xəz və statement, özündə birləşdirən ayaqqaılar modelin ayağında maraqlı görsənsə də, dabanına baxanda anlamaq olur ki, bunlar bir dəfəlik trenddə olan ayaqqabılardır və hər adama yaraşmaz.

XƏZ, XƏZ HƏR YERDƏ

Qadınlarımızın bir çoxu təbii xəzi sevir, lakin mən təbii xəzə nifrət edirəm. Sözün əsl mənasında. Lakin bu il süni və eyni zamanda tərzli xəz gödəkşələr və aksessuarlar çox görəcəksiniz. H&M xəz ilə çox gözəl bir gödəkçə ortaya çıxarmışd, lakin qiyməti yüksək idi və tez bir zamanda stokda bitdi. Zarada bir çox nümunə görə bilərik, lakin aşağıda olan seçimləri nəzərə almayın. Boz rəngli xəz gödəkçəyə baxanda rayonda balaca məktəbli qızlara soyuq olmasın deyə geyindirilmiş xəzlər yadıma düşür. Boğazı da yumrudur, ona görə bye bye! Eyni zamanda bu xəz çanta. 1 sezonluqdur. Gələn il siz bunu əlinizə ala bilməyəcəksiniz. Sonuncu çəhrayı ayaqqabıya isə heç baxmağa deyməz. Belə məzə üçün baxa bilərsiniz :D Mən heç kimin zövqünü təhqir etmirəm, biraz yumoristik yanaşaq :D

MİRVARİLİ AYAQQABILAR

Əzəldən eşitmişik ki mirvari 40+ xanımlar üçündür, nahaq yer deməyiblər, çünkü həqiqətən mirvari insana yaşlı zadəgan aurası verir. 22 yaşımızda biz 50 yaşlı xanım kimi görünmək istəmirik. Eləcə də bu ayaqqabılar. Çəkmə və ya loafer üzərində böyük mirvarilər biraz qəribə görünür. Əgər mirvariləri çıxarıb taxmaq olarsa, problem deyil. Lakin bu cür boyük mirvarili ayaqqabılar almağa məsləhət görmürəm. Bu trendə Zara Guccidən ilhamlanıb, amma Gucciyə də baxsaq street-style qənimlərindən çox az sayda mirvarili məhşur Gucci loaferlərini geyiniblər.

SATILMAQ XƏTRİNƏ OLAN ÇANTALAR

Bu hissədə bir çoxunuz mənimlə razılaşmaya bilərsiniz, lakin aşağıda gördüyünüz çantalarda mən qeyri adilik görmürəm, nə də klassika görmürəm. İlk öncə onu qeyd edim ki, yumru olan çantanın bej rəngi daha gözəl idi. Qara ilə bu cür gözəçarpan rənglər mənə qeyri-estetik göründü. Eləcə də bu damalı çanta. Ahəngi tuta bilmirəm.

Əzizlərim, yazdığım mənim şəxsi fikirlərimdir. Əlbəttə ki, sizə nə rahatdırsa onu da geyinə bilərsiniz. Hər bir insanın fikirinə hörmətlə yanaşıram. Sadəcə dediklərimi bir məsləhət kimi qəbul edin. Mən də əvvəl yaraşdı-yaraşmadı marketinq və trend qurbanı olurdum amma 2-3 ildir ki artıq daha təcrübəli alıcı olmuşam.

Gününüz xoş keçsin!

Navi


Comments


N A V I S T Y L E S

INSTAGRAM

© 2014  by Nazrin Agharzayeva. Proudly created with Wix.com

bottom of page