top of page

ONLINE ALIŞ-VERİŞ HAQQINDA BİLMƏLİ OLDUĞUNUZ MƏQAMLAR

  • Navi
  • Sep 22, 2017
  • 3 min read

2017-ci ildir və hələ də MDB ölkələrinin bir çoxu online alış-verişdən yan keçir. Azərbaycan da bu fobiyası olan ölkələrə aiddir. Əlbəttə ki, bu situasiyanın aktual olmasının səbəblərindən biri də #hamısısovetinzibilləridir.

Mən artıq 3-4 ildir ki online alış-veriş edirəm. Bu təcrübə 9-10-cu sinifdə başladı. Geyim azlığından mən indi köhnə sayılan bloklu kompyuterimin qabağında oturub variantlara baxırdım. O zaman mənim ödəmək üçün kartım yox idi amma mən başa düşürdüm ki bunun bir yolu olmalıdır. Bu an mənim kompromissiz olmağım üzə çıxdı :D Üz tutdum Facebook-a və orda olan alış-veriş səhifələrinə, hansılar ki fərqli saytlardan sifariş qəbul edirdilər. Bir-bir danışıb sizlərə online alış-veriş haqqında bilməli olduğunuz vacib məqamları paylaşacam.

1. YOU GET WHAT YOU PAY FOR - ÖDƏDİYİNİZ MƏBLƏĞƏ UYĞUN ƏŞYA ALACAQSINIZ

Bu sözü səhv anlamayın. Mən ilk dəfə sifariş edəndə 30AZN-ə 3-4 əşya almışdım. Onlardan cəmi 1-i yaxşı oldu, qalanı heçnə, hədiyyə verdim getdi :D Çünkü o zaman təcrübəm yox idi və bu mənə dərs oldu. Heç vaxt çox ucuza qaçmayın. Siz $5 çanta alanda o qiymətə uyğun keyfiyyət gözləməlisiniz. Bəxtdən də çox məqam asılıdır çünkü elə olur ki çox ucuz qiymətə çox gözəl əşyalar ala bilirsən. Bir çox insan görmüşəm ki $5 ayaqqabı alır, yaxşı çıxır, digərində pis çıxır deyə başlayır öz pis təcrübəsini camaata yaymağa, insanların gözü bundan qorxur və inkişaf getmir. Bunu əvvəl də demişəm, indi də deyirəm: ucuz qiymətə Chanel gözləməyin. Amma Zara qədər və ya Zaradan keyfiyyətli əşya gözləyə bilərsiniz. Bilirəm, hamımız normal keyfiyyətli geyim istəyirik və normal qiymətə bunu əldə edə bilərik. Biz Naveen-də etdiyimiz kimi (Yenə öz brendini reklam edir).

2. SAYTIN GÜVƏNLİLİYİNİ ARAŞDIRIN.

Keçmiş əsrdə yaşamırıq. Biz artıq bütün suallarımızı Google-dan soruşuruq. Tutaq ki, bir sayt tapmısınız, çox gözəl əşyanı ordan sifariş etmək istəyirsiniz amma nəsə müəmmalı görünür. Tez bir zamanda o saytın adını “saytınadı.com reviews” yazıb axtarışa verirsiniz. İngilis dilini bilmirsinizsə translate.google.com sizə kömək edə bilər.

3. ƏŞYANIN RƏY BÖLMƏSİNİ YOXLAYIN.

Bu xüsusən alış-veriş platformalarına aiddir. Məsələn eBay, Aliexpress, Amazon və s. Bu saytlarda fərqli fiziki və hüquqi satıcılar əşyaları təqdim edirlər və əsasən Aliexpress bunların arasında ən nəhəngi və ən çox satışları olandı. Əşyanın rəy bölməsində siz həm real alıcıların fikirlərini həm də əşyanın real fotolarını görəcəksiniz. Beləliklə, siz əmin olursunuz ki alacağınız əşya sizə o formada təqdim olunacaq.

4.BƏS SİFARİŞİMİ ALMASAM, YOLDA İTSƏ, MƏNƏ GÖNDƏRMƏSƏLƏR PULUMU NECƏ QAYTARIM?

İnanın, online alış-verişdə ödənişi geri almaq daha rahat olur nəinki fiziki mağazalarda. Mağazadan əşyanı alırsınız, sizə ya qəbz təqdim olunmur, ya da verilir amma siz qəbzi itirirsiniz və evə gələndə görürsünüz ki, əşyanın defekti var. Qaytara bilmirsiniz, çünkü qəbz yoxdur. Sizin o əşyanı almağınıza dair bir sübut yoxdur. Pul batdı. Online alış-verişdə bu fərqlidir. Siz əşyanı Aliexpress saytından sifariş edirsiniz və online ödəniş edirsiniz kart ilə. Bu ödənişi Aliexpress birbaşa satıcıya yollamır. Aliexpress middle-man kimi (ortada olan adam) ödənişi özündə saxlayır. Bu cür ödənişlərə Blocked və ya Authorized ödənişlər deyilir. Siz ta ki əşyanı almayınca və bu haqqda təsdiq düyməsinə sıxmayınca ödəniş satıcıya keçmir. Beləliklə problem yarananda artıq rahatlıqla sizə pul qayıda bilər. Beləliklə qəbz də sübut da sizin şəxsi hesabınızdadır. Sifarişinizi almadınız? Dərhal satıcıya yazırsınız. Cavab vermir? Sifarişə bölməsind disput açırsınız. Hər halda satıcı sizə cavab verməsə, alış-veriş platforması özü sizin pulunuzu kartınıza qaytaracaq.

5. ÇATDIRILMA MÜDDƏTİ VƏ MƏBLƏĞİ

Hər bir saytda Delivery/Shipping bölməsi olur. Elə online shop olur ki $50-dan yuxarı olan sifarişləri ödənişsiz çatdırır. Eləsi olur ki hər kiloqrama görə daşınma məbləğini alır.

6. ÖLÇÜ MƏSƏLƏSİ (ümumilli dərdimiz)

Əgər öıçünü seçməkdə tərəddüd edirsinizə saytın ölçü cədvəlinə göz yetirin. Size Chart istənilən saytda olur. Əgər ölçü cədvəlini istifadə etməyi bacarmırsınızsa siz ilk öncə öz bədən parametrlərinizi bilməlisiniz. Sinə, bel və oturacaq ətrafınızı mütləq ölçün və yadda saxlayın. Bu qədər sadə.

7. YARAŞACAQ MƏNƏ?

Bu məqam da insanın öz bədəninin yetərincə tanımamasından irəli gəlir. Ölçü məsələsi kimi. Extravaqant dizaynlı olan geyimdirsə əlbəttə ki, model parametrləriniz olmalıdır ki o sizə yaraşsın. Ona görə ilkin etaplarda klassik və minimal kəsimlərə üstünlük verin, sonradan risk də edə bilərsiniz. Ağ sadə klassik köynək üçün “Bu mənə yaraşacaq?” sualı verməyin. Çox gülməlidir. Hər bir bədən formasına yaraşan, hər qarderobda olmalı klassika necə ola bilər ki sizə olmasın?! #naveendənöyrəndiyimdərslər

8. HANSI BANKDA KART AÇDIRIM? HANSI KART MƏSLƏHƏTLİDİR?

Bu sanki “Dollar nə vaxt 0.78 olacaq?” soruşmaqdır. Azərbaycanda olan bütün bankların iş prinsipi eynidir və ya oxşardır. Kart seçimlərində isə ən məhşurları Visa və MasterCard-dır. Hər ikisi beynəlxalq olaraq qəbul edilir. Artıq seçim sizdən asılıdır. Ətraflı məlumatı isə banklardan əldə edə bilərsiniz.

9. AZƏRBAYCANA BİRBAŞA ÇATDIRILIR?

Bu məlumat da saytın özündə tapa bilərsiniz. Veb-sayt yalnız əşya təqdimatından ibarət deyil. Bütün məlumatlar burda var. Bəzi saytlar birbaşa Azərbaycana çatdırır, bəzilərindən isə vasitəçi şirkətlərlə çatdırmaq olur.

10. RAHATLIQ İSTƏYİRSİNİZSƏ...

Çox insan sadaladığım hissələrdən heç birini etmək istəmir. Nə kart açdırmaq, nə araşdırmaq nə də seçim etmək. Bu an sizin ən yaxşı köməkçiləriniz saytlardan sifariş qəbul edən səhifələrdir. Kosmetika, ayaqqabı, geyim, hər növ əşyaları gətirən səhifələri tapa bilərsiniz. Disput.az, İnstagram və ya digər sosial şəbəkələrdə bu səhifələr çoxdur.

Uğurlu shoppinglər! :)

Comments


N A V I S T Y L E S

INSTAGRAM

© 2014  by Nazrin Agharzayeva. Proudly created with Wix.com

bottom of page