top of page

TOP 5 DƏB ƏFSANƏLƏRİ

  • Navi
  • Sep 22, 2017
  • 2 min read

Əvəllər heç fikir verməzdim amma son 1 ildir mağazalara gedərkən insanların seçimlərinə fikir verirəm. Hətta dərzi yanına özüm üçün paltar tikdirməyə gedəndə anlayıram ki, insanlar keçmiş əsrdən qalmış dəbin yazılmamış qanunları ilə yaşayırlar. Bu normaldır, çünkü hamı dəbin dalınca qaçmaq məcburiyyətində deyil. Amma həqiqətən də tərzli görünmək istəyirsinizsə aşağıda sadaladığım dəb əfsanələrindən əl çəkib qarderobda eksperimentlər etməlisiniz :)

1. Ayaqqabı və çanta eyni rəngdə olmalıdır. Artıq 21-ci əsrdir desəm yanılmaram. Ayaqqabı-çanta klassikası artıq keçmişdə qaldı. İndi həm eyni həm fərqli rənglər və materiallarda kombin edə bilərsiniz. Əsas odur rənglər və materiallar bir birini tamamlasın. Rənglərə qaldıqda bu tamamlayan(complimentary) rəng ola bilər və ya çantanızın üzərində 2 rəngdən biri ayaqqabı rənginiz ola bilər.

2. Corab hara sandallar hara? Bu trend ölkəmizdə bir mənalı qarşılanmadı. İnsanlar 2 qoşuna bölündü: bu trendi sevənlər və nifrət edənlər. İkincilərdən bəziləri bu trendi görüb yan keçmirlər, əksinə pis enerjilərini rəylərdə ötürürlər :D Xoşunuza gəlmirsə bu o demək deyil ki olmaz. Mənim də bədənə yapışan espanyol tərzli şalvardan xoşum gəlmir, amma mən sizə heçnə demirəm, düzdür? :)

3. Qızılı gümüşlə qatışdırmaq olmaz. Guys, ciddisiniz? Bir dəfə bir xanım yazmışdı ki, düymələriniz qızılıdır, kəmərdəki dairəvi metal gümüşüdür, belə olmaz. Really? Harada yazılıb o? Artıq bu cür əfsanələr dəb aləmində keçmir. Siz gümüşü aksessuarları qızılı aksessuarlarla rahatlıqla geyinə bilərsiniz, artıq ona fikir vermirlər, o əfsanəyə vız gəlin :D

4. Krossovka ilə don və ətək geyinmək olmaz. Bu trend artıq 3-4 ildir ki var, amma hələ də bunu qəbul etməyənlər durmaqdadır. Müasir qadın həm də karyerasını quran qadındır, ona görə ilk növbədə bizlərə rahatlıq önəmlidir. Siz don və ətəkləri krossovka, oxford, plimsol, botinkalarla, chelsie çəkmələrlə də geyinə bilərsiniz.

5. Klassika ilə sport qarışdırmamaq. Qərbdə artıq futurizmə gedirlər, bizdə hələ də klassik kostyumları t-shirtlərlə geyinməyə çəkinirlər. Kostyumları gündəlik də geyinə bilərsiniz. Uyğun aksessuarlarla bir çox geyimi istədiyiniz formada göstərə bilərsiniz.

Siz hansı dəb əfsanələri ilə qarşılaşmısınız? Bu əfsanələrdən hansına inanıb ardınca getmisiniz? :)

Kommentare


N A V I S T Y L E S

INSTAGRAM

© 2014  by Nazrin Agharzayeva. Proudly created with Wix.com

bottom of page