top of page

KATORG: ALMANİYADAN SİFARİŞ PORTALI

  • Navi
  • Sep 24, 2017
  • 2 min read

Məncə ölkənin yarısı artıq məni online alış-veriş eksperti kimi tanıyır amma mən hələ də öyrənməkdəyəm :D Bir neçə il təcrübə yığmışam deyə artıq bütün alış-verişlərimi yaxşıca beynimdən və nəzərimdən keçirib sifariş edirəm. Beləcə heç vaxt yanılmıram. Uğurlu online alış-veriş haqqında yazımı artıq paylaşmışam.

Tez-tez sifariş etdiyim və çox xoşladığım saytlardan ikisi də H&M-dir və ZARA Germany saytıdır, hansıların ki, Amerikadan sifarişi biraz çətin olur. Bunlar üçün mən Katorg saytından istifadə edirəm. Katorg saytı Almaniyanın bir çox mağazalarından sifarişinizi Bakıya çatdırır.

Katorg komandası mənə ətraflı servisləri haqqında məlumat verdi və xahiş etdilər ki, sizinlə də paylaşım :) Bu servisdən özüm artıq 1 ilə yaxındır ki istifadə edirəm və heç bir problemim olmayıb. Katorg servisi Azərbaycanla yanaşı bir çox MDB ölkələri ilə də çalışır. Əvvəllər saytda məlumatın çox olduğundan özünüzü itirirdinizsə indi bu iş daha da asanlaşıb. Katorg veb-brauzerlər üçün KatCart adlı tətbiqetmə yaradıb və artıq bir neçə müddətdir ki, bu tətbiqetmə ilə çalışır.

KatCart bizə nə verir?

  • Chrome, Yandex, Amigo veb-brauzerləri üçün tətbiqetmə

  • Sifarişiniz sizə 3 klik qədər yaxın olması

  • Sifarişin rahat və tez bir zamanda həyata keçməsi

  • Normalda publik açıq olmayan Almaniya Outlet saytlarına giriş (Valentino eynəkləri 35 avroya, mən şok, mən iptal)

  • Fərqli mağazalardan olan sifarişləri 1 səbətə yığıb birlikdə sifariş etmə imkanı!

Aşağıda sizə KatCart vasitəsi ilə sifariş etmə qaydalarını göstərirəm:

  1. İlk öncə Katorg.de saytından qeydiyyatdan keçirsiniz. Qeydiyyatı təsdiq etdikdən sonra 5 rəqəmli müştəri kodunuzu yadda saxlayın. Hesaba daxil olduqda yuxarıda sağ küncdə qeyd olunur.

  2. KatCart tətbiqetməsini buradan yükləyin: KatCart. Yüklənilən faylı açın və brauzerinizdə quraşdırın.

  3. KatCart brauzerin yuxarı, sol küncündə avtomatik quraşdırılacaq. KatCart loqosuna klik edin və Katorg istifadəçi məlumatlarınız ilə daxil olun.

  1. Siz burada "Старт" bölməsində ətraflı məlumatı, "Магазины" bölməsində KatCart ilə çalışan mağazaları, "Корзина" bölməsində səbətə atdığınız əşyaları , "Статус Заказов" bölməsində sifarişinizin statusunu, "Оплата" bölməsində isə ödənişinizi edə bilərsiniz. Nəzərinizə çatdırım ki, siz həm dərhal ödəniş edə bilərsiniz, həm də sifarişiniz Almaniya anbarına çatanda.

  2. Nümunə üçün Zara.com saytına daxil olub ölkəni Almaniyaya deyişək. Bunu edə bilməsəniz birbaşa bu linkə daxil olub Almaniyanı seçin (Germany | Deutchland). Dili ingilis dili seçin rahatlıq üçün.

  3. İstədiyiniz əşyanı seçin, ölçünüzü seçin və brauzerin sağına bitişik olan KatCart mavi səbət düyməsinə klik edin. Əşya səbətinizə əlavə olundu!

  1. İndi klik edirik brauzerdə KatCart loqosuna (yuxarı-sağ künc). "Корзина" hissəsini görürük. Sifarişin tam təsdiqi üçün ilk öncə "Выбрать клиента для покупки" (burada öz adımızı görürük) və sonra "Купить" düyməsinə sıxırıq. Sifariş təsdiqləndi! :) Artıq Katorg komandası sifarişinizi tənzimləməyə başlayır. Siz sifarişinizin statusunu yoxlamaq üçün "Статус Заказов" bölməsinə daxil ola bilərsiniz. Ödəniş üçün isə "Оплата" bölməsinə daxil ola bilərsiniz. Bu qədər sadə :)


Comments


N A V I S T Y L E S

INSTAGRAM

© 2014  by Nazrin Agharzayeva. Proudly created with Wix.com

bottom of page