HOW TO STYLE: Boğazlı Baza Sviter
- Navi
- Nov 22, 2017
- 1 min read
Bu seriyalı paylaşımlar mənim bloq post siyahımda çoxdan var idi və məhz indi başlamağa qərar verdim. Soyuq havalarda dəbli və tərzli görünmək çətin olur. "Əşşi, mod vaxtı deyil, soyuqdan donuram" deyən tək siz deyilsiniz, mən də demişəm :D Lakin son zamanlar tez-tez istifadə etdiyim boğazlı baza sviterlərin bu dərdə dərman olmasını aşkar etdim. Həm tərzli görünür həm də donmuruq. Qarderobda hal-hazırda 3 ədəd baza tərzdə boğazlı sviter var: qara, boz və zolaqlı ağ rəngi. Əlavə olaraq gözəçarpan rəng almağı da düşünürəm. Vacib deyil ki, siz də bu rəngləri alasınız, özünüzə yaxın olanını seçin və yolunuza başlayın :)

SVİTER+T-SHİRT/CAMI TOP/ TANK TOP Siz qara sviterin üzərindən sadə ağ, başqa rəng və ya printli/naxışlı t-shirt geyinə bilərsiniz. Bu eləcə də tank top və ya cami top ola bilər.

SVİTER+KÖYNƏK Sviter üzərindən ağ klassik və ya mavi zolaqlı klassik köynək geyinməyi dənəyin, görünüşə bir fərqlilik qatacaq amma eyni zamanda klassika olacaq.

SVİTER+DON Artıq "yay donu" və "qış donu" anlayışı yoxdur. Siz donu hər zaman sarafan kimi istifadə edə bilərsiniz. Sadə qolsuz donlardan başlayın. Məsələn sviter üzərindən camisole don geyinin (slip dress). Sonra qısa qol donlara da keçə bilərsiniz :)

SVİTER+SVİTER Absurd? Xeyr! Burda vacib məqam boğazın kəsiminə və sviterin həcminə fikir vermək lazımdır. Boğazlı baza sviterin üzərindən V-yaxa və ya yumru yaxa oversize sviter geyinə bilərsiniz.

Comments