Eynəklər: Şəxsi kolleksiya + Linklər
- Navi
- Nov 25, 2017
- 2 min read
Başlıqda "şəxsi kolleksiya" biraz lüks səslənir, amma nə edək, başqa çarəmiz yoxdur :D Dünən "Black Friday" idi və indiyənə qədər ən stressli və heç uğur gətirməyən gün oldu. İl boyu gözlədiyim 2 əşya mənim ölçümdə ola-ola, saytların texniki səbəblərinə görə, 20 dəfə cəhd etməyimə baxmayaraq sifarişim qəbul olunmadı və hər 2 əşya mənim ölçümdə 15 dəqiqə ərzində bitdi. Nə edək, xeyirlisi, amma bu məsələni həll edəcəm, həmin əşyaların stoka qayıtmasını izləyəcəm :D *stalker lvl Əjdaha*
Keçək bloq yazısının əsas məsələsinə. Parvana's Trendbook qeyd etdiyi kimi, artıq neçə illərdir gün eynəkləri öz normal funksiyasını dəyişərək tərz elementinə çevrilir. Street Style qənimi olan bu eynəklər hər il müxtəlif formada luxury və mass-market markaları tərəfindən alıcılara təqdim olunur. Mənim aldıqım eynəklərin standart UV400 günəşdən qorunma dərəcəsi var. Bu yazımda sizinlə aldığım eynəklərin linklərini paylaşacam. Bəzilərinin isə sadəcə qeyd edəcəm çünkü linkləri artıq yoxdur(bitib).
O ki qaldı üz formasına görə eynəklər, düzü, mən üz formasına çox fikir vermirəm, əgər ağlımda bir görünüş varsa, istədiyim eynəkləri axtarıram və alıram. Lakin bu hamı üçün keçərli olmur. Ümumiyyətlə, biz yaraşan əşya seçəndə, normalda hansı tərəfi balanslaşdırmaq istəyiriksə, onun əsasında seçirik. Məsələn, üzün yuxarı hissəsi aşağıdan balacadırsa, yəni, üçbucaqdırsa, tarazlamaq üçün eynəkləri iti bucaqlı dördbucaq seçirik. Onu deyim ki, Aviator və Wayfarer eynək modelləri bir çox üz formasına yaraşır.
YUMRU: Aviator, Wayfarer və digər dördbucaq formalı eynəklər.
OVAL: İstənilən forma. Lakin eynəkləri seçəndə ən azı üzünüzün eni qədər enli olmalıdır.
KVADRAT: Oval və ya qıraqları yumru olan eynəklər. İti dördbucaq formalarından uzaq durmağa çalışın.
DÖRDBUCAQ: Oval və iti xəttli eynəklər. Lakin eynəkləri seçəndə diqqət edin: eynək şüşəsinin uzunluğu enindən çox olmalıdır.
ÜRƏK İŞARƏSİ: Dördbucaq eynəklər.
ÜÇBUCAQ: İti dördbucaq və süsələri damla formalı olan eynəklər.


FIRST | ALIEXPRESS (bu rəngi yoxdur) | THIRD&FOURTH


FIRST&SECOND | H&M | eBay


Mənə görə ən bomba+sərfəli wayfarer eynəkləri, kişi bölməsindən: ASOS
コメント