top of page

Haters Gonna Hate: #getalife

  • Navi
  • Dec 13, 2017
  • 3 min read

"Dişləriniz əyridir"

"Burnunu düzəltdirSƏN yaxşı olardı. Qarğaya oxşayırSAN"

"Bu stildi?! Evdən çıxanda deyəsən kor olub, nə gəldi geyinib"

"Siz kafirsiniz" (LOL)

Və daha nələr, nələr. more

3 il bloq və İnstagram fəaliyyətimdə deyə bilərəm ki, çox hater mesajları almamışam deyə şanslıyam. Amma çox absurddur, məhz buna görə özümü şanslı sayıram. Niyə? Təsəvvür edin, sosial mediada influenserlər, bloggerlər artıq nə dərəcə özlərinə qarşı şübhəlidilər ki, nifrət dolu rəy azlığına görə şanslı sayıla bilərlər.

Oxuyub deyəcəksiniz ki, nifrət rəylərini yazan insanlar özlərinə diqqət cəlb etmək üçün yazırlar və buna fikir vermək düzgün deyil. Mən edə bilmirəm, iqnor etməyi bacarmıram. Əgər kimsə mənim şəxsiyyətimə, görünüşümə ürək bulandırıcı sözlər qusursa, mənə sadəcə susub dayana bilmərəm. Bunu necə edə bilərəm? Məni tanımayan amma saxta profildən "sən" deyərək müraciət edən, mənim optik eynək taxmağımı lağa qoyan, geyimimdə bir elementi bəyənmədiyinə görə şəxsi təhqirə keçən insan, sənə o hüququ kim verib? Kim onlara hüquq verib ki, görünüşə nifrət dolu rəylər yazsınlar?! Mənim görünüşüm onları niyə narahat edir?! Mənim şəxsi seçimlərim onları niyə narahat edir?! Danışıq tərzim, üz quruluşum, səsim, geyimim mənim şəxsi və intellektual keyfiyyətlərimi nə vaxtdan ölçüb?! Bu tək mənə aid yox, həm də həmkar bloggerlər və influenserlərə(hər nə qədər bu ifadəni sevməsəm də) aiddir. Haterlərin özünə güvəni yerlərdədir, real həyatları ilə barışa bilmirlər və səhvi bizlərdə axtarmağı üstün tuturlar. Biraz öz xoşbəxtliyinizi qurmağa vaxt ayırsaydınız kaş ki. Biz də sizin kimi insanlarıq, bizim də öz problemlərimiz var, lakin biz problemin kökünü başqalarında yox, özümüzdə axtarıb tənzimləyirik, daha da yaxşı olmağa cəhd edirik.

"Profiliniz açıqdır, sizə nə istəsəm yaza bilərəm". Təsəvvür edin, özünüzü mənim yerimə qoyun. Adam üzünüzə şillə vurur, siz ondan özünüzə hörmət tələb edirsiniz, o isə əvəzində deyir "səni görürəmsə, şillələyə də bilərəm". Küçədə bunu edə bilərsiniz? Xeyr. İnternetdə bunu edə biləcəyinizi düşünürsünüz?! 2 dəqiqənizi nifrətinizi qusmağa ayırmaqdansa, biraz həyatınıza rəng qatın. Məntiqimə sığmır. Xüsusən də izləyicilər sayı artıqda bunun çoxalmasını müşahidə edirəm. Niyə nifrət rəyləri almaq norma sayılmalıdır?! Niyə nifrət dolu rəylər bir insanın həyatını zədələməlidir, gününü qara etməlidir?!

Yadımdadır, mənə pis rəy yazmışdılar, sırf şəxsiyyətimə toxunan. Mən o "insana" cavab versəm də, həmin günüm tam qaralmışdı, heçnə edə bilmədim, yalnız oturub onu düşünürdüm və sanki özümə inamım itirdi. Mən iradəsi güclü olan insanam, amma emosionalam. Düşünün, iradəsi zəif olan insan bu rəyləri necə həzm edə biləcək? Psixoloji durumunu zədələyəcək qədər ağırdır. İndi qat-qat güclüyəm. Hal-hazırda çətin və ağır olsa da, bu cür rəylərə gülərək, yumorla cavab verirəm. Amma nə vaxta qədər?

Mən bloqumu sevirəm, və çox sevinirəm ki artıq influenserlərlə şirkətlər birlikdə iş görməyə başlayırlar. Lakin eyni zamanda bu iyrənc qəlbli insanların hater rəylərinə də yol açır. Sevdiyim iş ilə məşqul olarkən bu cür iyrənc mesajlar alanda özüm özümdə şübhə edib "Mən bloqu bağlamaq istəyirəm, belə olmaz" deyirdimsə, indi qat-qat əminəm ki bu işə davam edəcəm və əgər iyrənc mesajlar yenə də gələcəksə mən onlara bir-bir geri cavab verib öz mənliyimi qoruyacam. Soyuqda dayanıb, düzgün bucağı tutursan və dona-dona şəkil çəkdirirsən, şəkili redaktə edirsən, rəngləri tutuzdurursan, sonra yazı fikirləşib paylaşırsan ki, bloqun tematikasına uyğun olsun, və düşünürsünüz ki, bu qədər əziyyətin qabağına bir iyrənclik etsəniz sizə medal veriləcək?!

Əlbəttə, biz bilirik ki, haterlər diqqət çəkmək üçün, özləri xoşbəxt olmadıqlarına görə bunları edirlər. Amma şəxsi keyfiyyətlərimizə nifrət dolu rəy bildirəndə pis oluruq.

Bununla yanaşı, pozitiv kommentlər daha çoxdur, və bizə bu neqativliyin üzərindən tapdalayıb keçməkdə kömək olur. Bizi sevən, sevməyib lakin nifrət rəyi yazmayan insanlar, sizə burdan sevgi dolu qucaqlar göndərirəm! Biz də sizin kimi insanıq, bir-birimizə insani, tolerant və mədəni formada yanaşaq.

Haterlər, sizə ürəkdən xoşbəxtlik arzulayıram ki, o barmaqlarınızı istifadə edərək ürəyinizdəki nifrəti rəylərə qusmağa vaxtınız və fikriniz olmasın :) #getyourshittogether

İnternet troll/haterlər haqqında məqallər:

Comentários


N A V I S T Y L E S

INSTAGRAM

© 2014  by Nazrin Agharzayeva. Proudly created with Wix.com

bottom of page